Saytımızı qiymətləndirin


 
 

XİN başçısı: "Moldovanın Aİ ambisiyasının onun neytrallığına təsiri olmayacaq"
Tarix: 10-03-2022 | Saat: 18:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Nicu Popescu - Deputy Prime Minister, Minister of Foreign Affairs and European Integration | Government of Republic of Moldova

“Təbii ki, Aİ-dən müraciətimizlə bağlı müsbət siqnal alacağımıza ümid edirik. Amma eyni zamanda, biz fərqindəyik ki, Aİ-yə üzvlük bir gecədə, hətta bir neçə ay ərzində baş vermir”.

Qarabaginfo.az "Newsweek"ə istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Niku Popesku deyib.

 

“Biz hökumət olaraq Moldovanın nə vaxtsa Aİ-yə üzv olmaq imkanını və etibarını gücləndirmək üçün əlimizdən gələni etməyə davam edirik. Başa düşürük ki, Moldovanın gələcəyi üçün edə biləcəyimiz ən vacib şey əslində islahatlar aparmaqdır: demokratiyanı möhkəmləndirmək, korrupsiya ilə mübarizə aparmaq, iqtisadiyyatı yaxşılaşdırmaq və ölkənin sürətləndirilmiş, lakin buna baxmayaraq, standart Avropalaşması marşrutu ilə getmək”, - nazir bildirib.

Popeskunun sözlərinə görə, Moldovanın Aİ ambisiyasının onun neytrallığına heç bir təsiri olmayacaq.

O qeyd edib ki, neytrallıq Moldova ictimaiyyəti və seçicilər arasında populyardır. Popesku Moldovanın hədəfinin Finlandiya, İsveç, Avstriya, Kipr və İrlandiya kimi bitərəf qalaraq Aİ-yə qoşulmaq olduğunu əlavə edib.

Rusiyanın Ukraynaya hücumuna toxunan xarici işlər naziri vurğulayıb ki, Rusiyanın işğalı bütün Ukraynada və Avropanın qalan hissəsinə qeyri-sabitlik və faciə toxumu səpib: “Artıq baş verənlər kifayət qədər faciəvidir və bunun nəticələri uzun müddət hiss olunacaq. İllər deyil, onilliklər ərzində. Və bu təsirlər Ukrayna, Moldova, Rusiya, Polşa, Slovakiya, Rumıniya, Macarıstan, hər bir Avropa dövləti üçün çox mənfi olacaq. Bu, nə qədər tez bitsə, bu bərpa müddəti bir o qədər qısa olacaq”.

Xarici işlər naziri əlavə edib ki, o, Ukraynanın qalib gələcəyinə əmindir: “Ukrayna xalqı nə istədiyini bilir və buna nail olacaq”.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər
20-08-2021, 15:21 Paşinyan Rusiyanı seçdi
12-10-2020, 13:02 Sabahın hava proqnozu