Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Antalyaya gəlib. 

Qarabaginfo.az xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə diplomatik forumda iştirak edəcək. 

Qeyd edək ki, bu, Nazarbayevin Qazaxıstanda keçirilən kütləvi yanvar mitinqlərindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır.