Saytımızı qiymətləndirin


 
 

Erməni separatçılarından zəhlətökən cəhdlər – Kreml öz hayındadır
Tarix: 10-03-2022 | Saat: 11:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

Erməni separatçılarından zəhlətökən cəhdlər – Kreml öz hayındadır

Son zamanlar Qarabağ separatçıları diqqəti özlərinə daha çox cəlb etmək cəhdləri nümayiş etdirirlər. Gah absurd “işğal olunmuş ərazilərlə bağlı qanun” qəbul edirlər, gah “Qarabağın rus icması” yaradırlar, gah da Rusiyanın Ukraynaya hərbi təcavüzü şəraitində Ukrayna xalqına “humanitar yardım” göstərməyə qərar verirlər.

Baş verənləri Ermənistanın “168.am” nəşrinə şərh edən separatçı qurumun“prezidentinin” mətbuat katibi Lusine Avanesyan bildirib ki, “Ukrayna sakinləri çətin vəziyyətə düşüblər və Dağlıq Qarabağ onlara bacardığı yardımı edib”.

Qəribədir ki, Qarabağ separatçıları Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti məsuliyyət zonasında yaşayan, praktiki olaraq Rusiya hökumətinin yardımı ilə yaşayan ermənilərə lazımi qədər humanitar yardım göstərə bilmirlər və birdən-birə Ukraynanın Kiyev və Zaporojye vilayətlərinin sakinlərinə humanitar yardım göstərirlər.

Eyni zamanda, yardımın Rusiya sülhməramlıları, yəni Ukraynanı işğal edən işğalçı qoşunlar vasitəsilə ötürüldüyü qeyd edilir. İnternetdə yayılan videogörüntülərə əsasən, Ukraynanın şəhər və kəndlərinin əhalisi “faşistlərdən və banderaçılardan azad edənlərin” gəlişinə o qədər də sevinmir və onlardan hər hansı humanitar yardımı qəbul etməkdən imtina edir.

Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Qarabağ separatçılarının hərəkətləri təkcə Ukrayna xalqına kömək etmək xoş niyyəti ilə deyil, Moskvanın diqqətini cəlb etmək məqsədi ilə diktə edilib. Yəni ki, biz Kremlin siyasətini dəstəkləyirik və ona bütün qəlbimizlə, canımızla sadiqik.

Bundan əlavə, bir müddət əvvəl separatçı qurumun “prezidenti” Arayik Arutyunyan Rusiyanın qondarma “LXR” və “DXR”-in “müstəqilliklərini” tanımasını alqışlayıb. Xankəndidə isə “LXR və DXR-i tanımaq hüququnun” müdafiəsi ilə bağlı mitinq keçirilib. Aksiya təşkilatçıları Rusiyanın bu qərarını alqışlayaraq, Kremlin növbəti addımının Qarabağ separatçılarını tanıması olacağına ümid etdiklərini bildiriblər.

Mahiyyət etibarı ilə Rusiyanın Ukraynaya hərbi təcavüzü Xankəndidə 2020-ci ilin noyabrından arzuladıqları Moskvanın Qarabağ separatçılarını öz qanadı altına ala biləcəyi söhbətini yenidən gündəmə gətirib. Qarabağ separatçıları hətta bu arzunun əsasını qoymağa başlayıblar.

Rus dilini “dövlət dili” elan etdilər, tələsik “Qarabağın rus icması” yaratdılar və rus dilini, mədəniyyətini dəstəkləmək və gücləndirmək üçün tədbirlər həyata keçirdilər, yerli dram teatrına sülhməramlıları dəvət etdilər, habelə xristian kilsələrinə ekskursiyalar təşkil etdilər.

Bu günlərdə Qarabağ separatçıları 2023-cü ilə təyin edilmiş “konstitusiya dəyişiklikləri” və “prezident seçkiləri”ni elan ediblər. Eyni zamanda, məlumata görə, “prezidentliyə namizədlər” Rusiya sülhməramlılarının komandanlığı ilə razılaşdırılacaq.

Amma indi Moskvanın zəhlətökən Qarabağ separatçılarına ayırmağa vaxtı yoxdur. Rusiyanın Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri Mixail Mizintsevin “Dağlıq Qarabağdan Ukraynaya 14 ton zəruri əşyaların gətirildiyi” sözlərinə etiraz edən Azərbaycan Müdafiə Nazirliyinin kəskin bəyanatına əsasən, ölkəmiz Rusiya sülhməramlılarının arxasında özünü rahat hiss edərək, Kremlin separatçılarla flört etməsinə dözmək niyyətində deyil.

Rusiya sülhməramlı kontingentinin komandanlığı separatçılardan “humanitar yardım” çatdırmaq əvəzinə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın Qarabağ bölgəsində erməni quldur dəstələrinin tərksilah edilməsi və Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması ilə bağlı bəndlərinə əməl etmələrini tələb etməlidir./ Ayna.a



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər