Saytımızı qiymətləndirin


 
 

Taleh Ziyadov: “Zəngəzur dəhlizi Azərbaycanı ticarət mərkəzinə çevirəcək”
Tarix: 10-03-2022 | Saat: 11:18
Bölmə:Karusel / Region | çapa göndər

Taleh Ziyadov

“Zəngəzur dəhlizi Azərbaycanın qovşaq konsepsiyasına uyğun olaraq ticarət mərkəzinə çevrilməsinə imkan yaradacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Aİ ilə birlikdə keçirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində deyib.

“Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa dəhlizdir. O, Şərq-Qərb dəhlizinin inkişafına yol açacaq və yüklərin Aralıq dənizinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycanın regional ticarət mərkəzinə çevrilməsi coğrafi mövqeyi cəhətdən vacibdir və Bakı Limanı burada öz rolunu oynayacaq”, - deyə o, qeyd edib.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70