Saytımızı qiymətləndirin


 
 

Qadın güləşçilərimiz Avropa çempionatının yarımfinalında
Tarix: 09-03-2022 | Saat: 15:10
Bölmə:Karusel / İdman | çapa göndər

Qadın güləşçilərimiz Avropa çempionatının yarımfinalında

 

Azərbaycanın üç qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinala yüksəlib.

Qarabaginfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 final mərhələsində Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2.

55 kq-dakı Elnurə Məmmədova eyni raundda Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlubiyyətə uğradıb.

Nəzərova finala gedən yolda Szeker Szimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.



Xəbəri paylaş

232 dəfə oxunub.

Digər xəbərlər