Saytımızı qiymətləndirin


 
 

Rusiyanın Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub
Tarix: 09-03-2022 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın bu günədək Ukraynada itirdiyi qüvvələrin sayı AÇIQLANDI | ENA.az

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.

Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 317 tank, 1 070 zirehli döyüş maşını, 120 artilleriya qurğusu, 28 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 482 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.



Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər