Saytımızı qiymətləndirin


 
 

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Tarix: 08-03-2022 | Saat: 00:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Beynəlxalq qadınlar bayramı necə yaranıb? 8 Martın tarixçəsi necədir? » ilk.az

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Qarabaginfo.az-ın xəbərinə görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart Azərbaycanda qeyri-iş günüdür.



Xəbəri paylaş

1364 dəfə oxunub.

Digər xəbərlər