Saytımızı qiymətləndirin


 
 

“Ərdoğan Putinə təsir edə biləcək tək liderdir və Putin bugünkü danışıqlarından nəticə çıxaracaq”
Tarix: 07-03-2022 | Saat: 07:46
Bölmə:Karusel / Region | çapa göndər

“Ərdoğan Putinə təsir edə biləcək tək liderdir və Putin bugünkü danışıqlarından nəticə çıxaracaq”

Tanınmış politoloq Qafar Çaxmaqlı bir az öncə Ərdoğanla Putin arasında baş tutan telefon söhbətini Moderator.az-a şərh edib:

"Ərdoğanla Putin arasında bir saata qədər davam edən telefon danışığından söhbətin konusu ilə bağlı açıqlamalar olmasa da Ərdoğanın Putinə barışa yol açacaq xüsusları irəli sürdüyü bəllidir. İndi ən önəmlisi atəşkəsin əldə edilməsidir. Rusiyanın hədəfə ulaşa bilmədiyi gerçəyi var. Dünən Lavrovun dilindən səsləndirilən tələblər, Ukraynanın Krımın və Donbasla Luqanskın Rusiyaya buraxılması, Ukraynanın silahsızlaşdırılması və b. tələbləri qəbul edilə bilməz. Ukrayna Qərbin də yardımları ilə dirənəcəyini və Rusiyanı problemlərlə üz üzə qoyacağı görünməkdədir.

Əslində Rusiya bu bataqlıqdan çıxmaq üçün bundan sonra daha çox Türkiyə kimi ölkələrin vasitəçiliyinə ehtiyacı olacaq. Putin Qərbi bu işə yaxın buraxmaq istəmir. Ən uyğun dövlət Türkiyədir, onun vasitəsilə Rusiya barışa gedə bilər. Zənn etmirəm ki, Putin Kiyevi tutmaqla nəsə əldə etsin. Əksinə, bu, Qərblə gərginliyi artıracaq və daha sərt tədbirlər Rusiyanın çöküşünə səbəb ola bilər. Hər bir savaşın sonu sülhlə bitir. Daha çox insanların ölməməsi üçün onu vaxtında dayandırmaq gərəkdir. Məncə Ərdoğan Putinə təsir edə biləcək tək liderdir və bugünki danışıqlarında Putin nəticə çıxaracaq".



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər