Saytımızı qiymətləndirin


 
 

Zelenski: “Mən təslim olmuram, müqaviməti dayandırmaq olmaz”
Tarix: 05-03-2022 | Saat: 23:58
Bölmə:Karusel / Region | çapa göndər

 

Zelenski: “Mən təslim olmuram, müqaviməti dayandırmaq olmaz”
Volodimir Zelenski

"Bizim xalqımız, bizim ukraynalılarımız geri çəkilmir. Mən təslim olmuram. Müqaviməti dayandırmaq olmaz. Onlar (ukraynalılar-red) işğalçılara qışqırırlar: evinizə gedin! Rusiya gəmisi kimi!".

Qarabaginfo.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.

“İşğalçıların etirazı və təhqiri ilə yanmış Ukrayna torpağımızın hər qarışı bütün Ukraynanın qələbəsinə doğru bir addımdır. Bu, bir ömür şansıdır. Ukraynalılar, düşmənin girdiyi bütün şəhərlərimizdə bunu hiss edin, irəliləyin!”, - Zelenski əlavə edib.

Zelenski bildirib ki, müvəqqəti işğal olunmuş ərazilərdə yerli sakinlərin müqaviməti Ukrayna dövlətinin bərpa olunacağına əminlik yaradır.

"Biz hamımız birlikdə dövlətimizi yenidən quracağıq. Buna inam müqavimətimizin enerjisi, etirazımızla doldurulur",- Ukrayna lideri vurğulayıb.

"Xersondakı “Azadlıq” meydanı bütün Ukraynadır. Yerli əhalinin işğalçılara qışqırdığı Konotop küçələri Ukraynadır. Sizin şəhəriniz müvəqqəti də olsa, işğal altında olanda etiraz etmək xüsusi qəhrəmanlıqdır", - dövlət başçısı əlavə edib.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər