Saytımızı qiymətləndirin


 
 

Qalib xalqın Zəfər partiyası
Tarix: 05-03-2022 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı.


Bu zəfər qətiyyətli sərkərdənin “dəmir yumruğ”u, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı. Bu qələbə ilə Azərbaycan dövləti 2 əsrlik münaqişəyə, 30 illik müharibəyə son qoydu, torpaqlarımız düşmən tapdağından azad edildi, yüz minlərlə insanın ağır kədərlə daşıdığı məcburi köçkün statusu ləğv olundu, soydaşlarımızın yurd, torpaq həsrətinə son qoyuldu.

 

Savaşdan sonrakı dövrdə isə Azərbaycanda proseslər iki mərhələdə həyata keçirilməyə başlanıldı: işğaldan azad olunmuş torpaqlarda, yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq prosesi, digəri isə müasir mərhələyə qədəm qoymuş islahatların daha yeni məcrada icra olunması.


Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar hər zaman uğurlu nəticələr verib, qlobal böhran şəraitində belə, hərtərəfli inkişaf templəri davamlı olub, sosial-iqtisadi sahədə ölkəmiz nəinki ağır fəsadlarla üzləşib, əksinə, təqdirəlayiq uğurlar əldə edib. Son illərdə cənab Prezidentin həyata keçirdiyi mütərəqqi islahatların, eləcə də dövlət strukturunda apardığı modernləşmənin daha müsbət effekt verdiyi göz önündədir. Təkcə bir faktı söyləmək yetərlidir ki, 2016-cı ildə ölkədə keçirilən ümumxalq referendumundan sonra siyasi sistemdə reallaşan yeniliklər, vitse-prezidentlik institutunun yaradılması və hörmətli Mehriban xanım Əliyevanın bu vəzifəyə təyinatı, bu sahədə onun həyata keçirdiyi islahatlar, dövlət siyasətinə verdiyi dəstək çox uğurlu nəticələrlə əlamətdar olub.


Bu islahatlar ölkənin hakim siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında da davam etdirilib və əldə edilən müsbət nəticələr göz önündədir. Bu il 30 illik yubileyini qeyd edəcək YAP ötən dövr ərzində Azərbaycanın əldə etdiyi davamlı uğurların, nailiyyətlərin siyasi istinadgahı olub.


Bütün bunlarla yanaşı, YAP-ı həm də islahatlar partiyası da adlandırmaq olar. Partiyada davamlı şəkildə islahatlar aparılıb. Öncə cənab İlham Əliyevin sədr müavini, ardınca birinci müavin təyin olunması partiyanın təkcə gəncləşdirilməsi yox, həm də yeni tələblərə uyğun təşkilatlanmasını, partiyanın bütün seçkilərdə uğur qazanmasını təmin edib. Cənab İlham Əliyevin prezidentliyi dövründə bu proses daha geniş miqyas alıb.
Bir il öncə, martın 5-də keçirilən VII qurultayda isə qüdrətli liderimiz partiya qarşısına yeni vəzifələr qoydu. Partiya Sədrimiz, Prezident İlham Əliyev həmişəki kimi geniş, dərin məzmunlu və proqram xarakterli çıxışı ilə əldə edilən uğurları, aparılan hərtərəfli islahatları yüksək dərəyləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi. Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən Prezident öncə son 3 il ərzində həyata keçirilən mütərəqqi islahatları yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi. Partiyamızın Sədri YAP üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Yeni üzvlər partiyanın bundan sonra da ölkənin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün fəallıq göstərməli, partiyanın fəaliyyətində mühüm rol oynamalı, ümumi işlərə töhfə verməlidirlər.
Hakim partiyanın budəfəki ali toplantısı həm də vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar verildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu.


Ümumiyyətlə, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb.


Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycana daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələrində öz aydın ifadəsini tapıb.


YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Azərbaycan” qəzetinə müsahibəsində vurğulayıb ki, YAP-ın VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu: “Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atıb. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir. YAP qalib xalqımızın zəfər partiyasıdır”.
Qurultaydan sonra partiyanın rayon təşkilatlarının yenidən təşkilatlanması da onu göstərdi ki, ləngimə yoxdur, partiya dinamik inkişaf edir. Təşkilatlanma prosesi müxtəlif istiqamətlər üzrə aparılır. Burada, ilk növbədə partiyanın Sədri tərəfindən müəyyən olunmuş yeni yanaşmalar əsasında çıxış edərək YAP-ın fəaliyyətinin institusional əsaslarının, normativ hüquqi bazasının formalaşdırılması istiqamətində işlər görülür.
YAP öz potensialını Prezident İlham Əliyevin islahatlarına, onun inkişaf dinamikasına uyğunlaşdırır və qurutlaydan sonra baş verən proseslər onu deməyə əsas verir ki, partiyada yeni canlanma başlayıb.
Əminliklə deyə bilərik ki, partiyamız bundan sonra da Azərbaycanın əldə etdiyi uğurların lokomotivi olacaq və hər zaman Cənubi Qafqazın ən böyük siyasi gücü kimi qalacaq.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər