Saytımızı qiymətləndirin


 
 

“Müdafiə Nazirliyindəki divləri tutmaq lazımdır”
Tarix: 04-03-2022 | Saat: 20:41
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Əli Nağıyevin təyinatından sonra DTX dövlət maraqlarına xidmət edən quruma çevrilib” - Fazil Mustafa

“Bölgəmizdə baş verən müharibə təhlükəsi hamımızı narahat edir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Qarabağda müəyyən işlər hələ də qalır: “Qarabağı müəyyən ünsürlərdən təmizləmək üçün biz Müdafiə Nazirliyini təmizləməliyik. Nazirlikdə aparılan son işlər məni sevindirir. Nazirliyin bütün strukturlarında olan köstəbəkləri aradan qaldırmalıyıq. Tərtər hadisələrində, savaşda da bunu gördük. Əsas orda oturan divləri tutmaq lazımdır. Hansısa kiçik məmurun əli ilə bu oğurluq baş verə bilməz. Biz müsadirə olunan vəsaitləri müavinət olaraq hərbçilərə verməliyik. Azərbaycan hərbçisinin həyat şəraitini yaxşılaşdırmalıyıq. Sonradan haqqı pozulmuş hərbiçinin, zabitin haqqını bərpa etmək olmur. Onların çoxu xəstəlik tapır. Hərbi prokurorluq tərəfindən bəzi zabitlər süni ittihamlarla məsuliyyətə cəlb olunurdu. Hamılıqla ordunu qorumaq üçün ölkə prezidentinin bu istiqamətdə apardığı işi dəstəkləməliyik”.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər