"Rusiya Federasiyası öz qoşunlarının böyük əksəriyyətini dövlətimizin ərazisinə yerləşdirib və məqsədyönlü şəkildə Ukraynanın mülki infrastrukturunu məhv edir".

Qarabaginfo.az xəbər  verir ki, bunu prezident Vladimir Zelenski vətəndaşlara videomüraciətində deyib.

Onun sözlərinə görə, düşmən “öz qoşunlarının mütləq əksəriyyətini” Ukrayna ərazisinə gətirib.

"Demək olar ki, bütün Rusiya ordusu xalqımıza qarşı atılıb. Lakin ukraynalıların qəhrəmancasına müqaviməti doqquzuncu gündür ki, ölkəmizi bu işğaldan xilas edir", - prezident əlavə edib.

Zelenskinin sözlərinə görə, Ukrayna şəhərləri nasist işğalından sonra belə qeyri-insani qəddarlıq görməyib.