Saytımızı qiymətləndirin


 
 

Rusiya MN Ukraynaya döyüşməyə gələn xarici vətəndaşlara xəbərdarlıq edib
Tarix: 03-03-2022 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya MN Ukraynaya döyüşməyə gələn xarici vətəndaşlara xəbərdarlıq edib

Xorvatiyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Qarabaginfo.az-ın Rusiya MN-ə istinadən verdiyi məlumata görə, hərbi attaşeyə Ukrayaya Polşa vasitəsi ilə Xorvatiyadan 200-ə yaxın muzdlunun gəldiyi bildirilib.

Qeyd olunub ki, Xorvatiyadan gələn muzdlular Ukraynanın cənub-şərqindəki milliyəti batalyonların tərkibinə daxil olub: “Ukrayana gələn əcnəbi muzdulular Rusiya texnikası kolonuna diversiya və hücumlar törədir. Bütün bu hücumlar Qərbin Ukrayaya verdiyi silahlar - ABŞ-ın Javelin, Böyük Britaniyanın NLOW və Stinger silahları vasitəsi ilə həyata keçirilir”.

Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ukrayana gəlmək istəyən xarici vətəndaşlara xəbərdarıq edib: “Kiyevin milliyyətçi rejimi üçün Ukrayana gəlməyi planlaşdıran xarici dövlətlərin vətəndaşlarını səfərdən öncə yeddi dəfə bu barədə düşünməyə çağırırıq”.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər
28-02-2019, 10:31 Bürclər-28 fevral