Saytımızı qiymətləndirin


 
 

"Neftçi"nin sabiq futbolçusu: "Qardaş itkisi mənim üçün çox pis oldu"
Tarix: 02-03-2022 | Saat: 21:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Neftçinin sabiq futbolçusu: Qardaş itkisi mənim üçün çox pis oldu

"Qardaş itkisi mənim üçün çox pis oldu".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu Rəşad Sadiqov klubun rəsmi televiziyasında yayımlanan "Unudulmaz xatirələr" verilişində qardaşı Səbuhi Sadiqovun vəfatı barədə danışarkən deyib.

Veteran yarımmüdafiəçi qardaşı ilə çox yaxın olduğunu bildirib: "Biz tək qardaş yox, həm də yaxşı dost idik. Həm pis, həm də yaxşı gündə birlikdə olmuşuq. "Qarabağ"ın heyətində "Brügge" ilə Avropa Liqasının III təsnifat mərhələsinin oyunu üçün Belçikaya gedirdik. İstanbulda aeroportda olanda zəng vurub acı xəbəri mənə dedilər. Dərhal bilet alıb geri qayıtdım. Həmin il necə futbol oynayacağımı bilmirdim. Ümumiyyətlə, o il mənim üçün çox pis keçdi".

Qeyd edək ki, Səbuhi Sadiqov 2011-ci ilin iyulunda ürək çatımazlığından dünyasını dəyişib. O, "Neftçi" və "Şəfa" kimi klublarda çıxış edib. Rəşad Sadiqov isə karyerası ərzində "Neftçi" ilə yanaşı, "Qarabağ", "Xəzər Lənkəran" və "Qəbələ" komandalarının formasını geyinib.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70