Saytımızı qiymətləndirin


 
 

Nazirin bu şəkilləri gündəm oldu - Fotolar
Tarix: 02-03-2022 | Saat: 11:11
Bölmə:Karusel / Təhsil | çapa göndər

Nazirin bu şəkilləri gündəm oldu - Fotolar

Təhsil naziri Lənkəranın ucqar Jidi dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə görüşüb.

Qarabaginfo.az Təhsil Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, martın 2-də Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib. 

Məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib. Nazir həmçinin son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən ucqar dağ kənd məktəbinin  müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.

Leyla Qarazadə də öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə  yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib.

Qeyd edək ki, nazirin məktəblilərlə çəkdirdiyi fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Nazirin bu şəkilləri gündəm oldu - Fotolar
Nazirin bu şəkilləri gündəm oldu - Fotolar


Xəbəri paylaş

297 dəfə oxunub.

Digər xəbərlər