Saytımızı qiymətləndirin


 
 

AAYDA rəhbəri Kəlbəcərdə icra edilən yol layihələri ilə bağlı tapşırıqlar verib
Tarix: 02-03-2022 | Saat: 10:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər

AAYDA rəhbəri Kəlbəcərdə icra edilən yol layihələri ilə bağlı tapşırıqlar verib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə maraqlanıb.

AAYDA-dan Qarabaginfo.az-a verilən məlumata görə, Saleh Məmmədov öncə Toğanalı-Kəlbəcər avtomobil yolunun, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Daha sonra, Saleh Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb, Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər