Saytımızı qiymətləndirin


 
 

“Jaguar Land Rover” Rusiyaya avtomobil göndərilməsini dayandırır
Tarix: 01-03-2022 | Saat: 22:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Jaguar Land Rover” Rusiyaya avtomobil göndərilməsini dayandırır

“Jaguar Land Rover” Rusiya bazarına avtomobil tədarükünü dayandırır. Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə bu barədə şirkətin bəyanatında bildirilib. Qərarın “hazırkı qlobal kontekst”lə əlaqəli olduğu qeyd olunub.

Avtomobil istehsalçısının bəyanatında vurğulanıb ki, hazırkı qlobal kontekst şirkəti ticarət çətinlikləri ilə üz-üzə qoyur və bu səbəbdən avtomobillərin Rusiya bazarına çatdırılmasına fasilə verilir.

“Jaguar Land Rover”in qərarı “Volvo”nun analoji addımından sonra qəbul edilib. “Volvo” Avropa İttifaqı və ABŞ-ın Rusiyaya sanksiyaları ilə əlaqədar potensial riskləri nəzərə alaraq Rusiyaya avtomobillərin göndərilməsini dayandırdığını açıqlayıb.

“Renault” şirkəti isə Moskvadakı avtomobil zavodunda istehsalın dayandırıldığını və logistik zərərlərin müşahidə edildiyini açıqlayıb. Zavodun 2020-ci ildə 75 min avtomobil istehsal etdyi bildirilir.

Amerika avtomobil istehsalçısı “Ford” isə hazırda Rusiyada istehsalı və ya avtomobillərin bu ölkəyə çatdırılmasını dayandırmadığını açıqlayıb.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər