Saytımızı qiymətləndirin


 
 

Lukaşenko: “Rusiya hərbi əməliyyatlarda iştirakla bağlı qarşımıza tələb qoymayıb”
Tarix: 01-03-2022 | Saat: 12:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lukaşenko

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsində iştirak etmək istəmədiyini bildirib.

O, Belarus Ordusunun hərbi əməliyyatlarda gələcəkdə də iştirak etməyəcəyini əlavə edib.

“Bundan əlavə, Rusiya rəhbərliyi hərbi əməliyyatlarda iştirak etməklə bağlı qarşımıza tələb qoymayıb. Biz gələcəkdə də Ukraynadakı xüsusi əməliyyatda iştirak etməyi düşünmürük. Belə bir ehtiyac yoxdur”, - o vurğulayıb.



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər