Saytımızı qiymətləndirin


 
 

Rusiya yığmaları və klubları beynəlxalq yarışlardan kənarlaşdırılıb
Tarix: 28-02-2022 | Saat: 22:13
Bölmə:Karusel / İdman | çapa göndər

Rusiya yığmaları və klubları beynəlxalq yarışlardan kənarlaşdırılıb

FIFA və UEFA Rusiya yığmalarını və klubları növbəti qərara qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FIFA Şurası və UEFA İcraiyyə Komitəsi birgə qərar qəbul edib.

Adıçəkilən qurumların qərarına əsasən Rusiya yığması DÇ-2022-nin pley-off mərhələsinə qatılmayacaq, komandaya yarımfinalda Polşa ilə matçda texniki məğlubiyyət veriləcək. Həmçinin Moskva “Spartak”ının da Avropa Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə oyunları ləğv olunub. Almaniya klubu növbəti mərhələyə adlayıb.

Bundan başqa, UEFA sponsoru “Qazprom”la əməkdaşlığı dayandırdığını açıqlayıb. Çempionlar Liqası, milli komandaların yarışları və AVRO-2024 daxil olmaqla, adıçəkilən şirkətlə bütün mövcud müqavilələr ləğv olunub.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər