Saytımızı qiymətləndirin


 
 

"Zirə" qələbə sayəsində yenidən 3-cü pilləyə yüksəlib
Tarix: 28-02-2022 | Saat: 19:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zirə qələbə sayəsində yenidən 3-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, "Zirə" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"da oynanılan qarşılaşma "qartallar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Ağabala Ramazanov vurub.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 11 xalı olan "Səbail" isə sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Keşlə" - "Qarabağ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" səfərdə "Sabah"a 1:0, "Qəbələ" isə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəlib.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər