Saytımızı qiymətləndirin


 
 

Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir - Ülviyyə Həmzəyeva
Tarix: 28-02-2022 | Saat: 16:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir – Ülviyyə Həmzəyeva

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Bildiyimiz kimi, Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb və dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçir.
Rusiya ilə Azərbaycan arasında uzun illər boyu müttəfiq münasibətlər qorunub-saxlanılır və bu müttəfiqlik prinsiplərə uyğundur.
Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.

Qeyd olunub ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə də əməkdaşlıq müəyyən mənada artıq başlanıb.
Artıq neçə ildir ki, Azərbaycan dialoq üzrə tərəfdaşdır və bu birinci pillədir. İkinci pillə – müşahidəçilərdir. Azərbaycan bir neçə il bundan əvvəl öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmi olaraq müraciət edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur və bu fakt Qazaxstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə Bəyannamənin 6-cı və 16-cı bəndləri,
– zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir.
Eləcədə, Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində də bir addım atılıb. Belə ki, Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Azərbaycan Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusundadır.
Ölkə Başçımız İlham Əliyevin jurnalistlərə bildirdiyi kimi, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.
Bu gün Azərbaycanda rus dilində məktəblər var və çoxsaylı şagirdi olan bu məktəblərdə təhsil davam edir. Rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlılara, həm qeyri-azərbaycanlılara belə imkanlar var. Azərbaycanda rus sektoruna məktəblərdə tələbat çoxdur və qeyd etmək yerinə düşər ki, 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.
Rusya-Azərbaycan Turizm sektoru da inkişafdadır. Azərbaycana gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər görülür. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə Azərbaycana gəlirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində rahat hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu.
Ölkəkərimizin dost münasibətləri onun göstəricisidir ki, bu gün də #Azərbaycan #Rusya əməkdaşlığı davam etməkdədir…



Xəbəri paylaş

282 dəfə oxunub.

Digər xəbərlər