Saytımızı qiymətləndirin


 
 

Zelenski Ukraynaya hücum edən ruslara səsləndi: Qaçın, canınızı qurtarın! - VİDEO
Tarix: 28-02-2022 | Saat: 14:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident Volodimir Zelenski Ukraynaya hücum edən rus hərbçilərə müraciət edərək, onları atəşi dayandırmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə yeni videomüraciətində bildirib.

"Artıq 4500 rus əsgəri öldürülüb. Niyə hamınız bura gəlmisiniz? Niyə zirehli kolonlarınız Krımdan, bizim Krımdan bizə qarşı gəlir: Yaltadan, Evpatoriyadan, Sudakdan, Simferopoldan... Bunlar hərbi düşərgələrin adları deyil. Yenə də deyirəm: 4,5 min rus işğalçısı həlak olub”, - deyə Zelenski vurğulayıb.

 

O, Ukraynaya hücum edən ruslara rus dilində müraciət edib.

 

"Təchizatınızı qoyun və gedin. Komandirlərinizə, təbliğatçılarınıza güvənməyin. Sadəcə qaçın, canınızı qurtarın!", - prezident deyib.


V.Zelenski qeyd edib ki, Ukraynaya hücum edən Rusiya ordusu elə itkilər verir ki, sanki müharibə onların ərazisindən keçib.

"Ukraynaya bu cinayətkar işğalı davam edərkən, Rusiya dövləti elə itkilər verir ki, sanki müharibə onların ərazisindən keçib. Bütün bunlar sizə lazımdır? Nə üçün? Rus anaları, rus müəllimləri, rus sahibkarları, sadə insanlar - nəyə görə?” – deyə Zelenski qeyd edib.



Xəbəri paylaş

212 dəfə oxunub.

Digər xəbərlər