Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Rusiya sərhədində yaranmış gərginlikdən çıxış yolu tapıldı
Tarix: 28-02-2022 | Saat: 12:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanla Rusiya sərhədindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində aparılan rekonstruksiya işləri ilə bağlı yaranmış gərginlikdən çıxış yolu tapılıb. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gündür sərhəd-keçid məntəqəsi qarşısında yaranmış uzun TIR növbəsini aradan qaldırmaq üçün yüklərin bir hissəsini dəmir yoluna istiqamətləndirmək planlaşdırılır. Bu, sərhəd-keçid məntəqəsində avtomobillərin sayını azaltmağa imkan verəcək.

 

“Əsasən dəmir yolu  nəqliyyatından istifadə etmək barədə qərar qəbul edilib. Azərbaycan tərəfinə daha sonra işlənib hazırlanması üçün təkliflər təqdim olunub, o cümlədən kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə Rusiyaya daşınması üçün test rejimində işə salınan “Aqroekspress” layihəsi çərçivəsində”,-Şimali Qafqaz gömrük idarəsinin mətbuat xidmətindən TASS-a bildiriblər.

 

Məlumata görə, bu məqsədlə “Dərbənd” dəmir yol keçid məntəqəsindən istifadə etmək nəzərdə tutulur. Hazırda bu məntəqədə yüklənmə 50 faizdir. Üstəlik Rusiyadan yüklə Azərbaycana gedən qatarların çoxu geriyə boş qayıdır. “Bir qatarın mallarla yüklənməsi “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsinə daxil olan yük maşınlarının sayını xeyli azalda bilər. Bu, avtomobil keçidi üçün məntəqənin yükünü azaltmaq üçün əsas ehtiyat variantdır”,-idarənin rəsmisi Albert Mavlikov bildirib.

“Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində yenidənqurma işləri 2022-ci ilin əvvəlindən başlayıb. Məqsəd məntəqənin buraxılış qabiliyyətini artırmaqdır. Təmir-yenidənqurma işləri ilə bağlı sərhəd-keçid məntəqəsində Rusiyadan Azərbaycana və geriyə yük aparan minlərlə TIR sərhəddə yığılıb qalıb.(virtualaz.org)



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər