Saytımızı qiymətləndirin


 
 

“Azərbaycanlıları Moldovaya gedərkən güllələyiblər” - DEPUTAT
Tarix: 27-02-2022 | Saat: 18:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi, Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Avtomobilə silahlı hücum zamanı həlak olan azərbaycanlılar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur. Onların yaxın qohum olduğu deyilir.

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov Modern.az-a bildirib ki, Odessada azərbaycanlılara qarşı törədilən hadisə cinayətdir.

“Bir neçə saat əvvəl mənə Ukraynadan məlumat verdilər ki, həmyerlilərimiz vəfat edib. Onları Moldovaya keçən ərəfədə güllələyiblər. Bu xoşagəlməz haldır, hamımızı kədərləndirir.

İndi biz də çalışacağıq ki, onların nəşlərinin ölkəmizə gətirilməsi məsələsini həll edək. Bunun üçün nə mümkündürsə, edəcəyik. Eyni zamanda xəsarət alanların müalicəsi də diqqətimizdədir", - deyə deputat qeyd edib.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70