Saytımızı qiymətləndirin


 
 

Ukrayna ordusu İrpin şəhərini geri alıb
Tarix: 27-02-2022 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpin şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib.

Qarabaginfo.az xəbər verir ki, bunu İrpin şəhərin meri Aleksandr Markuşin deyib.

"Biz İrpini əldə saxlayırıq! Bu gün İrpin 100 % nəzarətimiz altındadır", - şəhər meri vurğulayıb.

O, yerli sakinlərdən evdə qalmağı xahiş edib, çünki atəş daim davam edir. Qeyd edilir ki, Ukrayna hərbçiləri üçün əlavə hərbi qüvvələr göndərilib.



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər