Saytımızı qiymətləndirin


 
 

Mask Ukraynanın “Starlink” peyk internetinə çıxışını təmin edib
Tarix: 27-02-2022 | Saat: 09:26
Bölmə:Karusel / Region | çapa göndər

 

Mask Ukraynanın “Starlink” peyk internetinə çıxışını təmin edib

Amerikalı milyarder İlon Mask Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və bu ölkənin “Starlink” peyk internetinə çıxışını təmin edib.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov deyib.

“Tesla Inc.” şirkətinin rəhbəri İlon Mask isə xəbəri təsdiq edib: ““Starlink” xidmətləri artıq Ukrayna üçün əlçatandır. Növbəti dəfə daha çox terminallar”, - Mask, tviterdə yazıb.

Qeyd edək ki, Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov “Tesla Inc.” şirkətinin rəhbəri İlon Maskdan ölkəsinin “Starlink” peyk internetinə çıxışın təmin edilməsi ilə bağlı xahiş etmişdi.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər