Saytımızı qiymətləndirin


 
 

Ukraynanın hakim partiyası Zelenskinin Putinlə danışıq təklifinə aydınlıq gətirib
Tarix: 25-02-2022 | Saat: 18:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynanın hakim partiyası Zelenskinin Putinlə danışıq təklifinə aydınlıq gətirib

Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyası Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə danışıq təklifinə aydınlıq gətirib.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, məsələ ilə bağlı partiyanın sədri Yelena Şulyak açıqlama yayıb.

Onun sözlərinə görə, bu gün Qərbdən Rusiyanın dayanması üçün heç bir tədbir görülmür.

Yelena Şulyak deyib ki, Qərb Rusiyaya hava məkanını bağlaya, onu SWIFT-dən ayıra, Rusiya neftinə embarqo qoya, onun ixracatını dayandıra bilərdi: “Qərb bunu etmir. Bəli, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Ancaq bu, çox azdır. Biz öz dövlətimizin ərazi bütövlüyünü qoruyuruq. Rusiyanın planı təcavüzün birinci günü məğlubiyyətə uğradı. Ona görə də Rusiya mülki infrastruktura və dinc sakinlərə qarşı belə amansızlıq nümayiş etdirir. Biz bunu Rusiyaya bağışlamayacağıq. Ancaq müharibəni təcili qurtarmaq lazımdır. Ona görə də Prezident Zelenski başqa məsələlərlə yanaşı, danışıqlar da təklif edib”.

Qeyd edək ki, fevralın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin danışıqlar masasına dəvət edib. Rusiya lideri də ən yüksək səviyyədə danışığa hazır olduğunu bildirib.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70