Saytımızı qiymətləndirin


 
 

Parlament ordunun maddi-texniki təminatı ilə bağlı dəyişikliyi qəbul etdi
Tarix: 25-02-2022 | Saat: 17:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Russian FM Lavrov advises Putin to continue Ukrainian talks with West | Daily Sabah

Milli Məclis Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişiklikləri təsdiqləyib.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, dəyişikliklə qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sənəd Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər