Saytımızı qiymətləndirin


 
 

“Bayraktar” Krımdan hücuma keçən Rusiyanın hərbi karvanını məhv edib
Tarix: 25-02-2022 | Saat: 16:04
Bölmə:Karusel / Region | çapa göndər

 

“Bayraktar” Krımdan hücuma keçən Rusiyanın hərbi karvanını məhv edib

“Bayraktar” TB2 müvəqqəti işğal altında olan Krım yarımadasından Ukraynanın digər ərazisinə keçmək istəyən Rusiyanın hərbi karvanını vuraraq sıradan çıxarıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi “Clash Report” nəşri məlumat yayaraq görüntüləri təqdim edib.

Qeyd edək ki, “Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv görüntülərini yaymaqla məşhurlaşıb.

Xatırladaq ki, daha öncə Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-35 qırıcısını məhv etməsinin videosu yayılmışdı.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər