Saytımızı qiymətləndirin


 
 

Beynəlxalq Mərkəz Ermənistana “Xocalını etiraf et” çağırışı edib
Tarix: 23-02-2022 | Saat: 20:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Beynəlxalq Mərkəz Ermənistana “Xocalını etiraf et” çağırışı edib

“Regionda dayanıqlı sülh üçün Ermənistan Xocalı soyqırımına görə üzr istəməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bu çağırışı “Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi”nin sədri Giorgiy Tatar bu gün ATƏT-in mərkəzi qərargahında səsləndirib.

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın Avstriyadakı səfirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sülh və ədalət” mövzusunda beynəlxalq tədbirdə çıxış edən tanınmış Mərkəz rəhbəri 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı haqqında geniş məlumat verərək bu cinayəti XX əsrin sonlarının ən qanlı faciələrindən biri adlandırıb, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh quruculuğunda əsas maneələrdən biri kimi dəyərləndirib.

Natiq 44-günlük müharibənin Qarabağ münaqişəsinə son qoyaraq, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması, xalqlar arasında nifrət və düşmənçiliyin tədricən aradan qaladırılması üçün şərait yaratdığını qeyd edib. Eyni zamanda o, “Xocalıya Ədalət” kampaniyası nəticəsində geniş beynəlxalq müstəvidə soyqırım kimi tanınan Xocalı faciəsinə məhz Ermənistanın adekvat qiymət verməməsinin regionda gedən normallaşma prosesi üçün ciddi maneələr təşkil etdiyini qeyd edib. Bu faciənin törədilməsinə görə Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayan natiq, Yerevanın bu cinayətə görə faciə qurbanlarından üzr istəməsinin həm Ermənistanın öz qaranlıq keçmişi ilə hesablaşmasına, həm də regionda dayanıqlı sülhə xidmət edəcəyini bildirib.

Postmünaqişə dövründə sülh quruculuğu üzrə beynəlxalq təcrübəyə istinad edən G.Tatar rəhbərlik etdiyi beynəlxalq mərkəzin, Xocalı qurbanları üçün ədalət və regionda sülh naminə, “Barışıq üçün etiraf et” təşəbbüsünə başladığını elan edib. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimayətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunması ilə yanaşı, Azərabaycan və Ermənistan cəmiyyətləri arasında dialoqa xidmət etməsi və postmünaqişə dövrü üçün “keçid ədalətinin” təmin edilməsidir.

Xocalı faciəsinin 30-illiyinə həsr edilmiş təşəbbüs əntrafında yaxın vaxtlarda geniş beynəlxalq koalisiyanın qurulmasının nəzərdə tutulduğuu qeyd edən G.Tatar, koalisiyanın insan haqları təşkilatları və nüfuzlu ekspertlər üçün açıq olduğunu qeyd edib. Təşəbbüs çərçivəsində tədbirlər bu il ərzində davam etdiriləcək.

Qeyd edək ki, Giorgiy Tatar uzun illər Macarıstan Xarici İşlər nazirliyində, Avropa Şurasının katibliyində müxtəlif postlarda çalışıb, 2010-cu ildən “Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzi”nin sədridir.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər