Saytımızı qiymətləndirin


 
 

Moldovalı biznesmenlər azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər
Tarix: 23-02-2022 | Saat: 16:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Moldovalı biznesmenlər azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər

Moldovalı biznesmenlər Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərində iştirak edə bilər.

 bunu Şuşada səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.

İ. Qrosu deyib ki, moldovalı biznesmenlərlə bu barədə müzakirələri olacaq: “Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Moldovanın bu sahədə fəaliyyət göstərən İnkişaf Agentliyi arasında görüşdə də olacaq. Həm mən, həm də Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin moldovalı biznesmenlərə bu ərazilərdə hansı miqyasda quruculuq, bərpa işləri aparıldığı barədə məlumat vermək imkanı olacaq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin ən müasir yanaşma əsasında inşa olunacağı barədə mənə məlumat verildi. Bu, moldovalı biznesmenlər üçün də yaxşı imkanların olması deməkdir”.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər