Saytımızı qiymətləndirin


 
 

Ramiz Tatarovun cəzası azaldıldı
Tarix: 23-02-2022 | Saat: 11:16
Bölmə:Karusel / Kriminal | çapa göndər

Ramiz Tatarovun cəzası azaldıldı

 

 

Ağstafa rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxılıb.
Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib. Bundan başqa, onun əmlaklarının bir qisminin üzərində olan həbs götürülüb.
Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.
Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.


Xəbəri paylaş

216 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70