Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: "Azərbaycan dinc gələcək əzmindədir, bizə müharibə lazım deyil"
Tarix: 23-02-2022 | Saat: 07:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

"Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir, bizə müharibə lazım deyil, o, bizə heç vaxt lazım olmayıb".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı deyib: “Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər”.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər