Saytımızı qiymətləndirin


 
 

Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasından danışıb
Tarix: 23-02-2022 | Saat: 00:17
Bölmə:Karusel / Region | çapa göndər

Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasından danışıb

“Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır.”

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

Vladimir Putin bildirib ki. Rusiya öz tərəfindən, bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək.

“Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik.

Rusiyalı lider bildirb ki, bugünkü danışıqlar Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları olduğunu aydın şəkildə göstərdi.

“Əminəm ki, bu gün əldə olunan razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək”,-deyə Vladimir Putin əlavə edib.



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər