Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçirilir. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edir. 

Qarabaginfo.az "Unikal"a istinadən xəbər verir  ki,  artıq Azərbaycan nümayəndə heyəti təhlükəsizlik əməkdaşının müşayiətilə İrəvan İdman-Konsert Kompleksinə gəlib.

Həmin anın görüntüləri Ermənistan mediası yayıb. 

"Azərbaycanlı nümayəndələr çoxlu sayda mühafizəçinin müşayiəti ilə bu dəqiqələrdə İrəvan İdman-Konsert Kompleksinə gəldilər", - deyə  KİV-də  qeyd olunub.