ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin Avropanın təhlükəsizliyi və sabitliyinə dair sammitdə görüşəcəklər.

Qarabaginfo.az xəbər verir  ki, Yelisey Sarayından verilən yazılı açıqlamada Fransa prezidenti Emmanuel Makronun Bayden və Putinlə telefon danışığı apardığı bildirilib.

Həmçinin də Makronun Bayden və Putin arasında Avropanın təhlükəsizliyi və sabitliyinə dair müvafiq tərəflərin iştirakı ilə zirvə toplantısı təşkil etməyi təklif etdiyi və iki liderin bu təklifi qəbul etdiyi bildirilib.

Açıqlamada, sammitin məzmununun fevralın 24-də ABŞ dövlət katibi Antoni Blinkenlə rusiyalı həmkarı Sergey Lavrov arasında keçiriləcək görüş zamanı hazırlanacağı bildirilib.

Bu sammitin keçirilməsi üçün Rusiyanın Ukraynaya təcavüz etməməsi lazım olduğu vurğulanaraq, Makronun bütün tərəflərlə danışıqların məzmununa hazırlaşmağa çalışacağı qeyd edilib