Saytımızı qiymətləndirin


 
 

Ramiz Mehdiyev YAP qurucularını siyasətdən didərgin saldı... - İTTİHAM
Tarix: 21-02-2022 | Saat: 12:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefası təsdiqləndi.


Ramiz Mehdiyev vəzifədən uzaqlaşsa da, keçmiş "boz kardinal" haqqında ittihamlar birib-tükənmir. İndi də onun hələ 2000-ci illərin əvvəlində - mərhum Heydər Əliyevin vəfatından sonra Yeni Azərbaycan Partiyasının (YAP) qurucu funksionerlərini siyasətdən uzaqlaşdırmağından, onları YAP-dan didərgin salmağından bəhs olunur. 


Bununla bağlı Qarabaqinfo.az-a danışan YAP-ın qurucuları olmuş məşhur "91-lər"dən biri, sabiq deputat Şahlar Əsgərov Ramiz Mehdiyev haqqında deyilənlərin həqiqətə uyğun olduğunu söyləyib. Şahlar Əsgərov siyasətdən uzaqlaşdırılan YAP qurucularının adlarını da çəkib:


“2005-ci ildə III çağırış parlament seçkilərində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü və partiyanın qurucularından olan bir sıra çox siyasətçi parlamentə buraxılmadı. Bu, birdən-birə baş verdi. Asya Manafova, Zahid Qaralov, Əli Əlirzayev, Maksim Musayev, Sirus Təbrizli, mən "qara siyahı"ya daxil edildik...  


O zaman hamı düşünürdü ki, bunları Ramiz Mehdiyev edir. Heydər Əliyev 2003-cü ildə artıq rəhmətə getmişdi. Ramiz Mehdiyev isə partiyanın sədri, prezident İlham Əliyevi güclü dayaqdan məhrum etmək, ətrafını zəiflətmək üçün belə addım atmışdı. O, parlamentə buraxılmayan tanınmış şəxslərin yerinə tamamilə fərqli - YAP-a zidd adamlar gətirdi”.

 


Şahlar Əsgərov deyib ki, Ramiz Mehdiyev adıçəkilən məşhur YAP-çıları partiyadan, siyasətdən uzaqlaşdırmaqla kifayətlənməyib:


“Ramiz Mehdiyev əməlləri ilə həmin şəxslərin hər birinə mənəvi zərbələr vururdu. Kiminsə övladını işdən çıxardılar, kiminsə yaxınlarını vəzifədən uzaqlaşdırdılar...


Sirus Təbrizli qışda buzlu suda çimən adam idi. Onun ölümü şok və təəssüf yaratdı. Mən deyərdim ki, ölümünə yaşadıqları səbəb oldu. Ramiz Mehdiyev o dövrdə ölkədə ikinci ya da üçüncü şəxs idi ki, istənilən qurumlar üzərində söz sahibi idi. Hamısına göstəriş verə bilərdi”.
 



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər