Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
Tarix: 20-02-2022 | Saat: 21:15
Bölmə:Karusel / Region | çapa göndər

 

Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, Nur-Sultandakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər