Saytımızı qiymətləndirin


 
 

Zelenski: “Biz atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”
Tarix: 20-02-2022 | Saat: 18:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı apardığını deyib. Danışıq zamanı o, Donbassdakı münaqişənin həlli üçün dərhal Təmas Qrupunun toplanmasına və atəşkəs rejiminin tətbiqinə çağırıb.

Qarabaginfo.az bildirir ki, Prezident bu barədə Twitter səhifəsində yazıb:

“Dünənki söhbəti davam etdirərək, mən Emmanuel Makrona mövcud təhlükəsizlik vəziyyəti və yeni təxribat xarakterli atəşlər barədə məlumat verdim. Biz sülh prosesinin intensivləşdirilməsinin tərəfdarıyıq. Biz üçtərəfli Təmas Qrupunun dərhal çağırılmasının və dərhal atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər