Saytımızı qiymətləndirin


 
 

Putin ehtiyatda olan vətəndaşların hərbi toplanışa çağırılması barədə fərman imzalayıb
Tarix: 19-02-2022 | Saat: 08:47
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya Prezidenti Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 2022-ci ildə hərbi toplanış üçün ehtiyatdan çağırılması haqqında fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sənəd hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir: “2022-ci ildə ehtiyyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları yoplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər