Saytımızı qiymətləndirin


 
 

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq - AMEA vitse-prezidenti
Tarix: 18-02-2022 | Saat: 16:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ramiz Mehdiyev: "Bunların hamısı boş söhbətdir" | Report.az

“Sabahkı iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin vəzifədən istefa verməsi məsələsi müzakirə olunacaq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.  

O xatırladıb ki, AMEA prezidenti Ramiz Mehdiyev istefa verməsi barədə Rəyasət Heyətinə müraciət etmişdi:


“Rəyasət Heyətinin üzvləri həmin müraciətə baxıb onu məqsədəuyğun saydılar. Sabah işdən çıxması məsələsi dəqiqləşdiriləcək.


Sabah iclasda qəbul olunan qərar yuxarı instansiyalara göndəriləcək. Yəqin ki, sabah prezidentə təqdim ediləcək.

AMEA-nın prezidentliyinə namizədlərin kim olacağı barədə bir fikrim yoxdur. Öncəgörmə ilə məşğul deyiləm. Bununla maraqlanmıram".

 

Özünün AMEA prezidentliyinə namizədliyinə gəlincə, İ.Həbibbəyli bunu xoş qarşılamadığını deyib:

"Ümumiyyətlə müxtəlif şəxslərin namizədliyilə bağlı adlarının hallanması xoş məsələ deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə məsələlərə baş qoşmuram”.



Xəbəri paylaş

227 dəfə oxunub.

Digər xəbərlər