Saytımızı qiymətləndirin


 
 

Paşinyan “Ermənistan qovşağı”ndan danışır
Tarix: 18-02-2022 | Saat: 10:23
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan “Ermənistan qovşağı”ndan danışır

Fevralın 17-də Şimal-Cənub avtomagistralının Sisian-Kacaran hissəsi üzrə podratçıların ilkin seçimi elan edilib. 

AzadlıqRadiosu-nun Ermənistan xidmətinin məlumatına görə, bu haqda hökumətin iclasında Baş nazir Nikol Paşinyan danışıb. O, layihənin strateji əhəmiyyət daşıdığını qeyd edib.

Paşinyan ilkin seçim mərhələsinin 70 gün çəkəcəyini bildirib. O deyib ki, bu mərhələyə dəvət alan təşkilatlar yolun tikintisi üzrə ərizələr verə bilərlər. Konkret hissənin tikintisi üzrə elan olunmuş tenderə isə ilkin seçimdən keçmiş şirkətlər qatılacaqlar.

“Bu prosesi ilin sonuna qədər tamamlamaq üçün hər şeyi etməliyik ki, ortada yalnız reallaşdırma mərhələsi qalsın”, – Paşinyan vurğulayıb.

Layihənin dəyərinin bir neçə yüz milyon dollar olduğunu deyən baş nazir qeyd edib ki, belə bir miqyasda investisiya layihəsi “Ermənistanın müstəqillik tarixi boyunca gerçəkləşməyib”.

Paşinyanın sözlərinə görə, regional kommunikasiyaların açılması üzrə danışıqlar nəticəsində “Şimal-Cənub” layihəsi “Şimal-Cənub, Şərq-Qərb” layihəsinə çevrilib. Baş nazir layihənin sürətlə həyata keçiriləcəyinə ümidini bildirib.

“Bu o deməkdir ki, ‘Şimal-Cənub, Şərq-Qərb’ yolunun, qısası, ‘Ermənistan qovşağı’nın bir hissəsi Ermənistan Respublikasından İran İslam Respublikasına, digər qanadı isə Azərbaycan-Ermənistan, daha sonra Naxçıvan-Türkiyədən keçəcək. Bu layihəni belə bir ümumi kontekstə yerləşdiririk. Ümid edirik ki, ilin sonuna bu işləri görəcək tikinti şirkətimiz olacaq. ‘Şərq-Qərb’ layihəsi həyata keçməyib, amma siyasi razılaşmalar prosesində bu hissəni də sürətlə gerçəkləşdirəcəyik”, – Paşinyan vurğulayıb.

O, hazırda Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun Ermənistan hissəsinin tikintisi üçün konkret işlər aparıldığını deyib və əldə olunmuş razılaşmaların sənəd formasına salınacağına, de-yure prosesin tam başlanacağına ümidini ifadə edib.



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər