Saytımızı qiymətləndirin


 
 

Xarici səyyahlar Kəlbəcərdə - FOTO
Tarix: 17-02-2022 | Saat: 16:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfər edib.

 

Qarabaginfo.az xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət heyət Kəlbəcərdə ermənilərin törətdiyi dağıntılara baxıb, orada infrastruktur layihələrinin icrası ilə tanış olublar.

 

Heyət bu gün Laçın, Qubadlı və Zəngilana da səfər edəcək.

 

Qeyd edək ki, nümayəndə heyəti dünən Şuşa və Ağdamda olub.

 

Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur.



Xəbəri paylaş

255 dəfə oxunub.

Digər xəbərlər