Saytımızı qiymətləndirin


 
 

Dini təriqətə qoşulub döyüşənlərə 6 ay həbs verildi
Tarix: 17-02-2022 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dini təriqətə qoşulub döyüşənlərə 6 ay həbs verildi

Pakistanda qanunsuz silahlı birləşmənin tərkibində döyüşən Mənsur Cumayev və Nəsir Cahangirovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onların hər biri 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin 2021-ci ildə keçirdiyi əməliyyatla saxlanılıb. Azərbaycan vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur və 1971-ci il təvəllüdlü Cahangirov Nəsirin ölkə hüdudlarından kənarda silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib. Məlum olub ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub. Onlar Pakistan-Əfqanıstan sərhədində silahlı qruplaşmanın tərkibində döyüş əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı M.Cumayev və N.Cahangirov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Pakistan qanunvericiliyinə görə, qeyri-qanuni təşkilatlara qoşulan şəxslər 6 ay müddətə azadlıqdan məhrum edilir. Azərbaycan qanunvericiliyinə görə isə məhkəmələrin təyin etdiyi cəza cinayətin törədildiyi xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.



Xəbəri paylaş

221 dəfə oxunub.

Digər xəbərlər