Saytımızı qiymətləndirin


 
 

Yunanıstan parlamenti yeni silahların alınması ilə bağlı qanunu təsdiqləyib
Tarix: 16-02-2022 | Saat: 07:35
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Yunanıstan parlamenti yeni silahların alınması ilə bağlı qanunu təsdiqləyib

Yunanıstan parlamenti gərgin müzakirələrdən sonra Milli Müdafiə Nazirliyinin “Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında” qanun layihəsini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, qanun özündə altı əlavə Rafale qırıcısının, üç Belharra freqatının və Yunanıstanın sualtı qayıqları üçün 44 torpedanın alınması ilə bağlı üç müqaviləni ehtiva edir.

Qanun layihəsi iqtidarda olan sağ mərkəzçi Yeni Demokratiya partiyası, müxalifətdəki mərkəz-sol Dəyişiklik Hərəkatı və kiçik sağçı müxalifət partiyası Eliniki Lisi (Yunanıstan Həlli) deputatları tərəfindən qəbul edilib.

Qeyd edək ki, 2021-ci ilin yanvarında Afinada Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos və Fransa Silahlı Qüvvələri naziri Florens Parli yaxın illərdə 18 çoxməqsədli “Rafale” qırıcısının tədarükü üçün müqavilə imzalayıb. Qırıcıların ümumi dəyəri 1,92 milyard avrodur, daha 400 milyon avro onların silahlanmasına, o cümlədən “Meteor” uzaqdan idarə olunan raketlərə gedir.

11 sentyabr 2021-ci ildə Baş nazir Kiriakos Mitsotakis Yunanıstanın Fransadan daha altı “Rafale” qırıcısı alacağını və onların sayını 24-ə çatdıracağını açıqlayıb. 2022-ci ilin yanvarında Fransadan alınan ilk altı qırıcısı Afina yaxınlığındakı aviabazaya uçub. “Rafale” 1988-ci ildən bəri Yunanıstanda xidmətdə olan köhnə Fransız “Mirage 2000” qırıcılarını tədricən əvəz edəcək.

2021-ci ilin 28 sentyabr tarixində Yunanıstan və Fransa arasında dördüncü nəsil üç “Belharra” freqatının tədarükü ilə bağlı müqavilə imzalanıb. Onların yaradılması “Naval Group” gəmiqayırma korporasiyasına həvalə olunacaq.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər