Saytımızı qiymətləndirin


 
 

Abşeronda şəhid ailələri ziyarət olundu - Fotolar
Tarix: 15-02-2022 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Abşeronda şəhid ailələri ziyarət olundu

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbraılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının  azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun 33-cu doğum günü ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunub.

RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb, problemləri və qayğıları ilə maraqlanaraq Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırıb.

Daha sonra “Vətən Müharibəsi Qəhrəmanı” Musibov Veysəl Yadulla oğlunun adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yeni qurulan guşəsinin təntənəli açılış tədbiri keçirilib.

Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilkə baş tutan tədbirdə qəhrəmanımızın həyatından, döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən vətənə, qələbəyə aid şeirlər səsləndirilib.

RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı Musibov Veysəl Yadulla oğlunun büstünün hazırlandığını, yaxın zamanlarda məktəbin həyətinə qoyulacağını vurğulayaraq qeyd edib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə Abşeron rayonunda küçələrə onların adları verilib və həmin küçələrin abadlaşdırılması istiqamətində ardıcıl olaraq işlər aparılacaq.

Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Bundan başqa Abdin Fərzəliyev Azərbaycanın zəfəri ilə başa çatmış Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun adının abədiləşdirilməsi istiqamətində tikilməkdə olan Abidə Bulaq Kompleksində görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə şəhidin ailə üzvləri ilə birgə əraziyə baxış keçirib.

Baxış zamanı bildirib ki, Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində inşa edilən bulaq kompleksi artıq başa çatmaq üzrədir. Qara mərmərdən hazırlanan abidəyə su və konalizasiya xətti çəkilib, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunub.

Şəhid Rasim Abdullayevin ailəsi də öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini və buna görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə edib.

Abdin Fərzəliyev həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına laiq görülən şəhid gizir Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Bahadur Əhmədovun doğum günündə iştirak edib.

RİH başçısı şəhid övladını 17 yaşı olması münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd edib.

Şəhid ailəsi də öz növbəsində bildirib ki, dövlət tərəfindən onlara 2 otaqlı təmirli mənzil verilib. Abdin Fərzəliyevin şəxsi təşəbbüsü ilə sözügedən mənzil mətbəx, yataq və qonaq otağı mebelləri və eləcə də zəruri məişət avadanlıqları ilə təmin olunub. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən şəhid ailəsi həyatlarının hər məqamında ölkə rəhbərliyinin diqqət və qayğısını hiss etdiklərini ifadə edib.

Abdin Fərzəliyev Azərbaycan Ordusunun böyük qələbəsi ilə yekunlaşan Vətən Müharibəsində şəhid olan, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun 21-ci doğum günü ilə əlaqədar onun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə gedib.

Şəhidin ailə üzvləri ilə görüşən başçı ailənin problemləri və qayğıları ilə maraqlanıb, şəhidimizin keçdiyi döyüş yolu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı qələbə və ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu haqqında ətraflı məlumat verib.

 







 



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər