Saytımızı qiymətləndirin


 
 

AMEA-ya kim rəhbərlik edəcək?
Tarix: 15-02-2022 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. Yeni sədr seçilənə qədər bəs AMEA-ya kim rəhbərlik edəcək?

 

Qarabaginfo.az-ın xəbərinə görə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli AzVision.az-a açıqlamasında bildirib ki, yeni sədr seçkiləri keçirilənə qədər I vitse-prezident akademiyaya rəhbərlik edəcək: "Dünən Rəyasət Heyətinin iclası keçirildi və Ramiz Mehdiyev öz ərizəsi ilə tutduğu vəzifədən getməsi qərarını bildirdi. Rəyasət Heyəti ərizəni məqbul hesab etdi.

 

Akademiyanın Nizamnaməsi və tələblərinə uyğun olaraq yeni sədr seçkiləri keçirilənə qədər AMEA-ya I vitse-prezident, yəni Arif Həşimov rəhbərlik edəcək".

 



Xəbəri paylaş

232 dəfə oxunub.

Digər xəbərlər