Saytımızı qiymətləndirin


 
 

Xudayar, Sübhan, Polad, Arəstə - Neçə uşaq qəhrəmanlarımızın adını daşıyır?  
Tarix: 14-02-2022 | Saat: 12:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Xudayar, Sübhan, Polad, Arəstə - Neçə uşaq qəhrəmanlarımızın adını daşıyır?

44 günlük Vətən müharibəsində Azərbaycan xalqına qələbə yaşadan qəhrəman igidlərimizin adları bu gün dünyaya göz açan körpələrimizlə yaşadılır. Vətən müharibəsindən bu günə qədər doğulan bir çox uşağa Xudayar, Polad, Arəstə, Sübhan adları verilib.
Belə ki, səsi ilə “Dastan”a dönən Xudayar Yusifzadənin adı 2020-ci ildə 3 körpəyə verilmişdisə, 2021-ci ildə dünyaya göz açan 82, 2022-ci ilin 2 ayında isə 11 uşağa Xudayar adı verilib.

Cəbi ləqəbi ilə tanınan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi Sübhan Cəbrayılovun adı 2021-ci ildə 187, 2022-ci ilin 2 ayında isə 12 körpə ilə yaşadılır.

Tovuz döyüşlərində şəhid olan Azərbaycan generalı Polad Həşimovun adı 2022-ci ilin 2 ayında 21 körpəyə verilib. 2020-ci ildə bu ad 193, 2021-ci ildə isə 306 oğlan uşağına verilib.

Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın adı ötən il 4, bu ilin iki atında isə 1 qız uşağına verilib.


Xəbəri paylaş

304 dəfə oxunub.

Digər xəbərlər