Saytımızı qiymətləndirin


 
 

Azərbaycan taekvondoçuları Türkiyədən 5 medalla qayıdır
Tarix: 14-02-2022 | Saat: 00:16
Bölmə:Karusel / İdman | çapa göndər

 

Azərbaycan taekvondoçuları Türkiyədən 5 medalla qayıdır

Taekvondo üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçirilmiş "Turkish Open" turnirində 1 qızıl, 4 bürünc medal qazanıb.

Qarabaginfo.az xəbər verir ki, olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 87 kq çəki dərəcəsində yer alan 33 yaşlı idmançı türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu yenərək, qızıl medala sahib olub.

Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.

Qeyd edək ki, "Turkish Open"də 49 ölkədən 1250 taekvondoçu mübarizə aparıb.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər