Saytımızı qiymətləndirin


 
 

Zaxarova fevralın 16-da Ukraynaya hücumla bağlı məsələyə münasibət bildirib
Tarix: 12-02-2022 | Saat: 21:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Mariya Zaxarova

 

“ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.

“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - deyə Zaxarova bildirib.

O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur.

"Amma görünür, Maydanların ideoloji ilhamvericiləri Ukraynanı tam dağılmayana qədər sakitləşməyəcəklər" deyə Zaxarova əlavə edib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər